Gəncə Universam QSC ləğv olunur.
AzerTimes Ölkə.az-a istinadən xəbər verir ki, bununla bağlı Gəncə Universam QSC-nin cari ilin noyabrın 24-də baş tutacaq növbədənkənar ümumi yığıncağında qərar veriləcək.
İclasda cəmiyyətin ləğv edilməsi ilə yanaşı ləğvetmə komissiyasının yaradılması və komissiyanın səlahiyyətlərinin müəyyənləşdirilməsi məsələləri də müzakirə ediləcək.