Məşhur sosial şəbəkə 700 işçini ixtisar edəcək

Məşhur sosial şəbəkə 700 işçini ixtisar edəcək

Məşhur sosial şəbəkə platforması “Linkedln” tələbin azalması səbəbindən 716 iş yerini ixtisar edəcək və Çində iş axtarışı proqramını bağlayacaq.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“20 000 işçisi olan “LinkedIn” keçən il ərzində rüblük gəlirini artırıb. Lakin bu platforma da qlobal iqtisadi vəziyyətin pisləşdiyi bir şəraitdə işçilərini ixtisar etmək üçün ana şirkəti (Microsoft) daxil olmaqla, digər böyük texnologiya şirkətlərinə qoşulur.

“LinkedIn”in baş direktoru Rayan Roslanski işçilərə ünvanladığı məktubda satış, əməliyyatlar və dəstək sahələrində vəzifələrdə ixtisarların şirkətin fəaliyyətini tənzimləmək məqsədi daşıdığını və qərarların daha sürətli qəbul edilməsinə kömək edəcəyini bildirib”, – məlumatda deyilir.

Qeyd edək ki, “LinkedIn” reklam satmaqla pul qazanır və həmçinin potensial müştərilər yaratmaq üçün şəbəkədən istifadə edən işə götürənlər və satış işçilərindən abunə haqqı alır.

Teqlər: