“Astra Zeneka” əczaçılıq şirkəti COVİD-19 peyvəndini satışdan çıxardır.
AzerTimes xəbər verir ki, əczaçılıq şirkəti bu qərarın sırf kommersiya məqsədi ilə həyata keçirildiyini və vaksinə daha tələbatın olmaması ilə bağlı olduğunu açıqlayıb.
Bildirilib ki, milyonlarla insanın həyatını xilas edən peyvəndin hazırda geri çağrılması sırf təsadüfdür və məhkəmə prosesi ilə bağlı deyil.
Qeyd edək ki, bir neçə ay əvvəl “Astra Zeneka” məhkəmə sənədlərində onların hazırladığı peyvəndin bəzi hallarda qanda tromb yaranması kimi həyati təhlükəsi olan yan təsirə səbəb ola biləcəyini etiraf etmişdi.
TTS (trombositopeniya trombozu sindromu”) sindromu ilə İngiltərədə ən azı 81 ölüm, eləcə də yüzlərlə ciddi xəsarət halları müşahidə olunub. 50-dən çox qurban Ali Məhkəmədə “Astra Zeneka”ya qarşı iddia qaldırıb.