Rusiyanın məşhur prodüseri Maksim Fadeyev 100 kq arıqlayıb.
Bu barədə o, instaqram səhifəsində məlumat verib.
Fadeyev çəki atmağı bacardığını qeyd edib. Maksim sübut olaraq yazdığı statusa bir foto da əlavə edib:
“Bu, mənim şortumdur. Mənfi 100! Tezliklə arıqlama metodumu sizinlə bölüşəcəm”,- deyə prodüser qeyd edib.
Fadeyevin nəticələri təkcə fanatlarını deyil, şou-biznes üzvlərini, həmkarlarını da heyrətləndirib.