Məşhur rusiyalı müğənni Moldovaya buraxılmadı

Məşhur rusiyalı müğənni Moldovaya buraxılmadı

İrakli kimi tanınan məşhur rusiyalı gürcü əsilli müğənni İrakli Pirtsxalava Moldovaya buraxılmayıb.

AzerTimes xəbər verir ki, bu barədə Moldovanın sərhəd polisinin mətbuat katibi Raisa Noviçki məlumat verib.

Onun sözlərinə görə, son 24 saat ərzində 39 vətəndaşa giriş şərtlərinə əməl etmədiyi üçün Moldovaya giriş qadağan edilib. Onların arasında rusiyalı müğənni İrakli də olub.

Qeyd edək ki, İrakli dekabrın 24-də Moldova siyasətçisi və iş adamı İlan Şorun təşkilatçılığı ilə Balti şəhərində Yeni il konsertində çıxış etməli idi.

Teqlər: