Məşhur qolkiper Voytsex Şensnı karyerasını başa vurub.
AzerTimes xəbər verir ki, 34 yaşlı qapıçı bu barədə İnstaqram hesabında paylaşım edib.
O bildirib ki, həyat yoldaşı və 2 övladına daha çox vaxt ayırmaq üçün bu addımı atıb.
Qeyd edək ki, Voytsex Şensnı 2017-ci ildən “Yuventus”un formasını geyinib.
Polşalı qapıçı İtaliyada “Roma”, İngiltərədə “Arsenal” kimi klubların da şərəfini qoruyub.