PSJ-nin qapıçısı Canluici Donnarumanın Parisdəki evi qarət olunub.
AzerTimes xəbər verir ki, hadisə ötən gecə, 24 yaşlı qolkiper və sevgilisi evdə olarkən baş verib.
Onlar cinayətkarların zorakı hərəkətlərinə məruz qalıblar. Evdən təxminən 500 min avro oğurlanıb.
Donnaruma və sevgilisi yaxınlıqdakı hotelə sığınmağı bacarıblar. Hotel işçiləri polis çağırıblar.
Onların hər ikisi xəstəxanaya aparılıblar.