Məşhur oyun dizayneri öldü

Məşhur oyun dizayneri öldü

Məşhur rusiyalı oyun dizayneri, “Vanqer”in yaradıcısı Andrey “KranK” Kuzmin Kalininqradda bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

AzerTimes xəbər verir ki, onun ölümü barədə “VG Limited” nəşri məlumat yayıb.

“Bu səhər “Vanqer”in yaradıcısı Andrey KranK Kuzmin avtomobilin təkərləri altında qalıb. Qəza nəticəsində Kuzmin təcili yardım gələnə qədər ölüb”,- məlumatda deyilir.

Andrey “KranK” Kuzmin 24 aprel 1971-ci ildə Kalininqradda anadan olub. İlk oyununu orta məktəbdən dərhal sonra yazıb. 1995-ci ildə “K-D Lab” şirkətini qurub, burada oyun konseptlərinin yaradılması, ssenarilərin və musiqilərin yazılması ilə məşğul olub. Daha sonra “KranX Productions” studiyasını təsis edib. Onun əsas layihələri “Vanqer” və “Perimetr” oyunları idi.

Teqlər: