31 may, 1-2 iyun tarixlərində müstəqil M.Teatrın (“Mənim Teatrım”) səhnəsində məşhur irland yazıçısı Etel Lilian Voyniçin geniş oxucu kütləsi tərəfindən sevilən “Ovod” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə teatrdan məlumat verilib.
Məlumata görə, tamaşanın quruluşçu rejissoru xalq artisti Vidadi Həsənov, bəstəkarı Əli Cəfərzadə, səs rejissoru Fəyyaz Ələkbərov, geyim üzrə rəssamı Oksana Rəsulova, işıq rəssamı Yusif Adıgözəlov, dərzisi Məhin Quluzadədir.
Rolları xalq artisti Vidadi Həsənov, əməkdar artist İlqar Cahangir, aktyorlar Ziya Ağa, Oksana Rəsulova, Tural Rzayev, Şamil İbrahimov, Cavid Baba və Ramiz Qəmbər ifa edirlər.
Tamaşanın növbəti təqdimatı 7-8 iyunda saat 19:00-da baş tutacaq.
Qeyd edək ki, “Ovod” 1897-ci ildə ilk dəfə ABŞ-da çap olunub. Əsər gənclər hərəkatının üzvü olan Artur Berton adlı qəhrəmanın atası kardinal Montanelli və dostu Cemmayla münasibətləri ətrafında baş verən faciəvi hadisələri əks etdirir.