“Canlı Nostradamus” ləqəbli braziliyalı öncəgörən Atos Salome DÇ-2022-də 5 ən uğurlu komandanın adını açıqlayıb.
AzerTimes Fanat.az-a istinadən xəbər verir ki, Böyük Britaniya kraliçası II Yelizavetanın ölümü və koronavirus pandemiyası barədə düzgün proqnozlar səsləndirən Salome belə danışıb:
“Argentina, Braziliya, Belçika, İngiltərə və Fransa daha çox irəli gedəcək. Finalda Cənubi Amerika təmsilçisi ilə Mərkəzi Avropa komandası üz-üzə gələcək. Braziliya finala çıxsa belə, çempion olmayacaq”.
Qeyd edək ki, Qətərdə keçiriləcək mundial 20 noyabr – 18 dekabr aralığında baş tutacaq.