“Turan Tovuz”un türkmənistanlı baş məşqçi Qurban Berdıyevlə müqavilə bağlayacağı tarix müəyyənləşib.
AzerTimes xəbər verir ki, bu barədə RİA Novosti-yə “Turan Tovuz” klubunun İdarə Heyətinin üzvü Əli Balakişiyev məlumat verib.
71 yaşlı mütəxəssis iyunun 18-də Bakıya gələcək və həmin gün onunla müqavilə bağlanacaq.
Qeyd edək ki, Berdıyev sonuncu dəfə 2023-cü ildə Rusiyanın “Dinamo” (Mahaçqala) klubunu çalışdırıb.