Cimi Hendriksin “Epiphone Wilshire” gitarası 1,25 milyon dollara satışa çıxarılıb.
AzerTimes xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.
“Əfsanəvi musiqiçinin 1961-ci ildə istifadə etdiyi “Epiphone Wilshire” gitarası 1,25 milyon dollara satışa çıxarılıb”, – məlumatda deyilir.
Qeyd edək ki, Hendriks 1970-ci ilin sentyabrında 27 yaşında vəfat edib. O, “Cimi Hendriks Experience” qrupunun yaradıcısı, vokalçısı və gitaraçısı olub.