Məşhur yunan müğəni Marinella səhnədə insult keçirib.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, Yunanıstanın güclü və sevilən səslərindən olan Marinellanın son konserti zamanı səhnədə halı pisləşib.
Sənətçinin insult keçirdiyi məlum olub. O, xəstəxanaya aparılaraq reanimasiyaya yerləşdirilib.
Həmin anlar kameralar tərəfindən lentə alınıb.