Məşhur müğənni qiymət artımına etiraz etdi

Məşhur müğənni qiymət artımına etiraz etdi

Məşhur italiyalı estrada müğənnisi Al Bano elektrik enerjisi tariflərinin artırılmasına görə etiraz edib.

AzerTimes xəbər verir ki, o, bu barədə dövlət telekanalında yayımlanan “Rai3” verilişində qonaq olarkən deyib.

“Ötən il yanvar-avqust ayları ərzində 127 492 avro ödəmişəm. Ancaq 2022-ci ilin eyni dövrü üçün bu məbləğ 385 605 avro olub. Təxminən qiymət 202% artıb. Bu, absurddur!” – Al Bano bildirib.

Qeyd edək ki, müğənni həm də İtaliyanın cənubundakı Çellino-San-Marko şəhərciyi yaxınlığında yerləşən böyük şərab zavodunun sahibidir.

Teqlər: