Məşhur britaniyalı müğənni Elton Con ağır infeksiya səbəbindən görmə qabiliyyətini itirib.
AzerTimes xəbər verir ki, bu barədə musiqiçi Londonda keçirdiyi xeyriyyə konsertindən sonra açıqlamasında deyib.
“Bəzilərinizin bildiyi kimi, problemlərim var idi və indi görmə qabiliyyətimi itirmişəm. Çıxışı görə bilmədim, amma onu dinləməkdən zövq aldım”, – Elton Con bildirib.
Xatırladaq ki, Elton Con 2024-cü ilin yayında ağır göz infeksiyası ilə mübarizə apardığını etiraf etmişdi.