Meyxanaçı Xəyyam Əhmədlinin səhhəti pisləşib.
AzerTimes xəbər verir ki, bu barədə aktyor Elcan Rəsulov məlumat yayıb.
Xəyyamın təcili yardım maşınından görüntülərini paylaşan Elcan onun maddi vəsaitə ehtiyacı olduğunu vurğulayıb:
“Xəyyamın vəziyyəti yenə ağırlaşıb. Bu dəfə heç əməliyyat da etmək olmaz. Oqtay Kamil dedi ki, aparata qoşulmalıdır. O da 150 min dollardır. Xəbəri dostlarla paylaşın, görək nə baş verir. Allah köməyi olsun”.
Meyxanaçının ağır ürək problemləri olduğu bildirilir.