Məşhur israilli müğənni vəfat etdi

Məşhur israilli müğənni vəfat etdi

Məşhur israilli müğənni və bəstəkar Tsvika Pik bu gün Təl-Əvivdə 72 yaşında vəfat edib.

AzerTimes xəbər verir ki, bu barədə İsrailin “Kan” radiosu məlumat yayıb.

Pik çoxlu sayda hitlərin müəllifidir, onların arasında “Diva” mahnısı 1998-ci ildə “Avroviziya” mahnı müsabiqəsində qalib gəlib.

İsrailin baş naziri Yair Lapid bazar günü Pikin ölümü ilə bağlı onun ailəsinə və pərəstişkarlarına başsağlığı verib.

“Tsvika öz nəslinin inqilabi mədəniyyət xadimi, İsrail pop musiqisinin sütunlarından biri idi. O, əbədiyyətə qovuşdu, lakin onun əsərləri hər zaman qalacaq”, – baş nazir bildirib.

Teqlər: