Məşhur ispaniyalı futbolçu çirkli pulların yuyulmasında ittiham olunur

Xəbər - Orxan Nəbiyev – Trend:

İspaniya milli komandasının keçmiş futbolçusu, hazırda Braziliyanın “Atletiko Mineyro” klubunda çıxış edən Dieqo Kosta çirkli pulların yuyulmasında və mərc oyunlarının təşkil olunmasında ittiham olunur.

Trend-in məlumatına görə, Braziliya polisi futbolçunun evində axtarış aparıb.

Hücumçu irəli sürülən ittihamları inkar edir. Hazırda araşdırmalar davam etdirilir.


Qeyd edək ki, D.Kosta Portuqaliyada “Braqa”, İspaniyada “Selta”, “Albasete”, “Valyadolid”, “Rayo Valyekano” və “Atletiko”, İngiltərədə “Çelsi” klublarında çıxış edib. O, “Atletiko” ilə bir dəfə İspaniya çempionu olub, iki dəfə UEFA Avropa Liqasını, üç dəfə UEFA Superkubokunu qazanıb. “Çelsi”nin tərkibində isə iki dəfə İngiltərə çempionu olub.

Teqlər: