İspan yazıçısı Xavyer Marias 70 yaşında vəfat edib.
AzerTimes-ın məlumatına görə, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, yazıçı bu gün Madriddə pnevmoniya ilə bağlı fəsadlar səbəbindən dünyasını dəyişib.
Mariasın çoxsaylı mükafatları, o cümlədən Dublin Ədəbiyyat Mükafatı, Fransanın “Femina” Mükafatı və digərləri var. O, “Bəyaz ürək”, “Sabah döyüş saatında, məni xatırla” kimi romanların müəllifidir.