BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xoşməramlı səfiri olan məşhur ingilis aktyor Teo Ceyms BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qatılıb.
AzerTimes xəbər verir ki, aktyor BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) “İqlim fəaliyyəti üçün qaçqınlar” şəbəkəsinin təqdimat mərasimində iştirak edib.
Teo Ceyms çıxışında iqlim dəyişikliyinin təsirinə məruz qalan qaçqınlara daha böyük dəstək göstərilməsini və qaçqınların iqlim siyasətinə daxil edilməsini tələb edib.