Məşhur futbolçunun qohumu “Neftçi”də

Məşhur futbolçunun qohumu “Neftçi”də

“Neftçi” gürcüstanlı futbolçu transfer edib.

AzerTimes xəbər verir ki, bu, 24 yaşlı Vaxtanq Arveladzedir.

O, ikinci hücumçu mövqeyində çıxış edir.

Qeyd edək ki, qısaca “Vaxo” kimi tanınan Vaxtanq Arveladze atası Revaz Arveladze Almaniyanın “Homburq” komandasında oynayarkən həmin ölkədə doğulub. O, Türkiyədə “Kasımpaşa”nın ikinci komandasında, Polşada “Korona” klubunda legioner həyatı yaşayıb. Arveladzenin sonuncu klubu Türkiyənin “Fatih Karagümrük” komandası olub. Məşhur Şota və Arçil Arveladze qardaşları onun əmiləridir. “Neftçi” Şota Arveladzeni baş məşqçi kimi komandaya gətirmək istəyirdi.

Teqlər: