İngiltərənin “Manşester Yunayted” klubunun franslı futbolçusu
Pol Poqbanın Çempionlar Liqası matçı zamanı evi qarət olunub.
Trend-in
məlumatına görə, bu barədə futbolçu öz “Twitter” səhifəsində
yazıb.
O bildirib ki, soyğunçular “Mançester Yunayted”-“Atletiko” matçı
zamanı evə daxil olublar.
Onun sözlərinə görə, evdə oğurluq baş verən vaxt azyaşlı
uşaqları digər otaqda yatmış olublar.
Futbolçu qarətlə bağlı hər hansı məlumat verən şəxsə mükafat
təyin etdiyini bildirib.
Qeyd edək ki, “Mançester Yunayted”-“Atletiko” oyunu martın 15-də
baş tutub. Matç 1:0 hesabı ilə “Atletiko”nun xeyrinə başa
çatıb.