Qətərdə keçirilən futbol üzrə dünya çempionatında qrupda qalan Belçika yığmasının əsas üzvlərindən biri – Eden Azar millidəki karyerasını başa vurub.
AzerTimes xəbər verir ki, 31 yaşlı futbolçu bu barədə İnstaqram səhifəsində yazıb.
Madrid “Real”ının yarımmüdafiəçisi bundan sonra milli komandada oynamayacağını açıqlayıb:
“Bu gün daha bir səhifə çevrildi… Sevginiz üçün təşəkkür edirəm. Dəstəyiniz üçün təşəkkür edirəm. 2008-ci ildən bəri paylaşdığımız bütün xoşbəxt anlara görə təşəkkür edirəm. Milli komandada karyeramı bitirmək qərarına gəldim. Məni əvəz edəcək futbolçu artıq hazırdır. Mən sizin üçün darıxacağam”, – Azar yazıb.