Məşhur futbolçu davaya görə karyerasını bitirdi

Məşhur futbolçu davaya görə karyerasını bitirdi

Rusiya millisinin sabiq futbolçusu Roman Pavlyuçenko karyerasını başa vurub.

AzerTimes xəbər verir ki, Rusiya ikinci liqasında “Znamya”da çıxış edən 41 yaşlı hücumçu 8 oyunluq cəza aldıqdan sonra futbolla vidalaşıb.

Təcrübəli forvard “Kosmos”la görüşdən sonra davada iştirak etdiyi üçün cəzalanıb. O, bundan sonra oynamaq istəmədiyini söyləyib.

Qeyd edək ki, 2003 – 2012-ci illərdə Rusiya yığmasının formasını geyinib.

Teqlər: