İngiltərə yığmasının futbolçusu Bobbi Çarlton 86 yaşında vəfat edib.
AzerTimes xəbər verir ki, bu barədə idmançının karyerasının böyük hissəsini keçirdiyi “Mançester Yunayted” klubu məlumat yayıb.
Qeyd edək ki, Bobbi Çarlton “Mançester Yunayted” komandasının heyətində 758 oyun keçirib və komanda üçün rekord sayda – 249 qol vurub.