Xəbər - Orxan Nəbiyev – Trend:
Dünyaca məşhur fotoqraf Reza Deqati “Instagram” səhifəsində Şuşa şəhərindəki Cavanşir xan sarayının hazırkı vəziyyəti ilə bağlı fotolar paylaşıb.
AzerTimes-ın məlumatına görə, fotoqraf sarayı sonuncu dəfə 1992-ci ildə ziyarət etdiyini açıqlayıb.
O xatırladıb ki, erməni işğalına qədər Cavanşir xan sarayı ev-muzey kimi fəaliyyət göstərirdi:
“2020-ci ilin dekabrında mən Şuşaya qayıdanda şoka düşdüm. Muzey qarət olunub, binası qismən dağıdılıb. Həyətində isə donuzlar gəzir”.