Məşhur fotoqraf minada həlak olan jurnalistlərlə bağlı paylaşım edib (VİDEO)

Xəbər - Ceyla Əliyeva – Trend:

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev öz “Twitter” səhifəsində məşhur iranlı fotoqraf Reza Deqatinin Kəlbəcərlə bağlı paylaşımını yerləşdirib.

AzerTimes bu barədə səfirin səhifəsinə istinadən məlumat verir.

Səfir öz yazısında bildirib: “Ermənistanın törətdiyi və üç dinc azərbaycanlı sakinin ölümünə səbəb olmuş hərbi cinayəti ilə bağlı Rezanın şərhi”.

Qeyd edək ki, R.Deqati öz “Twitter” səhifəsində Kəlbəcər rayonunda minaya düşərək həlak olan azərbaycanlı jurnalistlərin ölümü ilə bağlı videoçarx paylaşıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: