Gözlənilən treyler yayımlandı

Gözlənilən treyler yayımlandı

Hollivudun çox gözlənilən filmlərindən olan “Justice League” (“Ədalət Liqası”) kinosunun ilk treyleri yayımlanıb.

Bu ekran əsərində Batman (Yarasa adam) qeyri-adi gücə sahib insanları bir araya yığaraq yaxınlaşan təhlükəyə qarşı hazırlaşır. Bu dəfə onlar Darkseid-a qarşı mübarizə aparmalı olacaqlar.

Rejissoru Zack Snyder olan filmdə baş rolları Ben Affleck, Henry Cavill, Gal Gadot, Jason Momoa, Amy Addams, Ezra Miller, Ray Fisher, Jesse Eisenberg, J.K. Simmons və digərləri canlandırıblar.

“Justice League” filminin premyerası bu ilin Noyabr ayında baş tutacaq.