Erməni əsilli SSRİ xalq artisti Armen Cigərxanyanın oğlu Stepan Cigərxanyan Las-Veqasın mərkəzində güllələnib.
AzerTimes xəbər verir ki, bu barədə Stepan Cigərxanyan özü məlumat verib.
Onun sözlərinə görə, evə qayıdırkən təsadüfən yerli bandalar arasında atışmanın ortasına düşüb. Banda üzvlərindən biri maşından ona tərəf atəş açıb. Birinci güllə yan keçsə də, ikinci güllə başına dəyib.
Cigərxanyan həkimlərin nəzarəti altına altında olduğunu deyib.