Məşhur britaniyalı aktyor İen Holm rəhmətə getdi

Məşhur britaniyalı aktyor İen Holm rəhmətə getdi

Məşhur britaniyalı aktyor İen Holm 88 yaşında dünyasını dəyişib.

Qeyd edilir ki, aktyorun ölümü Parkinson xəstəliyi ilə bağlı olub.

Holm geniş kütləyə “Beşinci element”, “Cəhənnəmdən” və s. filmlərdən, eləcə də Piter Ceksonun “Üzüklərin hökmdarı” və “Hobbit” adlı trilogiyalarında yer almışdı.

Holm “BAFTA” və “Toni” mükafatlarının laureatı idi.

Allah rəhmət eləsin.