Məşhur bloger: Bunu İlham Əliyevdən oğurlamışam – Video

Məşhur bloger: Bunu İlham Əliyevdən oğurlamışam – Video

Tanınmış bloger Endryu Teyt Azərbaycan Prezidenti İlham Əliyevin fanatı olduğunu etiraf edib.

AzerTimes xəbər verir ki, bu barədə o, məşhur aparıcı Taker Karlsonun verilişində danışıb.

O, “Vikiliks” rəhbəri Assancla bağlı suala cavab verərkən, onun ətrafında baş verənləri inanılmaz adlandırıb.

O bildirib ki, Assancın xatırladılması BBC-nin susması üçün ən yaxşı üsuldur.

“O, jurnalistdir, bunun sizin üçün fərqi yoxdur, elə deyilmi? Siz tarixin dürüst və müstəqil olması ilə məşğul olursunuz. Bəs, niyə Assanc həbsxanadadır? Bu, çox maraqlıdır”, – deyə “qiyabi ittiham” səsləndirib.

“Onlar nə cavab verir” sualına isə “Onlar suallara cavab vermirlər, söhbətin mövzusunu dəyişməyə cəhd edirlər” deyib.

Daha sonra Teyt bu “dialoqu” Azərbaycan Prezidenti İlham Əliyevdən oğurladığını bildirib. Aparıcı isə “Mən bunu görmüşəm” (İlham Əliyevin məşhur müsahibəsi nəzərdə tutulur – red.) deyib.

Teyt isə “bu çox əla idi” deyə, ona dəstək verib.

Teyt bildirib ki, İlham Əliyevi şəxsən tanımır, ancaq onun kifayət qədər müsahibəsini izləyib və İlham Əliyev çox xoşuna gəlir.

Aparıcı isə “mənim də xoşuma gəlir” deyib.

Qeyd edək ki, sözügedən hissəyə geniş müsahibənin 2:11:50-ci saniyəsindən sonra baxa bilərsiniz (Həmin hissə sosial şəbəkələrdə də yayılıb və təqdim edilir):

Teqlər: