Əfsanəvi jurnalist, “Sovinformbüro”nun keçmiş baş redaktoru, Nürnberq prosesi zamanı tərcüməçi olmuş Ənvər Məmmədov 100 yaşında vəfat edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd edək ki, o, 1923-cü il avqustun 15-də Bakıda müəllim ailəsində anadan olub.
Ənvər Məmmədov İkinci Dünya müharibəsinin iştirakçısı olub, SSRİ Xalq Xarici İşlər Komitəsində işləyib.
Ə.Məmmədov İkinci Dünya müharibəsindən sonra faşist canilərinin dindirildiyi Nürnberq məhkəməsində tərcümə agentliyinin rəis müavini kimi iştirak edib.
Nürnberq məhkəməsində alman generalı Fridrdix Paulsun özünü öldürdüyü deyilsə də, Ənvər Məmmədov tərəfindən gizli yollarla hərbi tribunala gətirilir. Paulsun faşistlərin törətdiyi qətllər barədə ifadələrini məhz Ənvər Məmmədov tərcümə edib.
Ə.Məmmədov 1950-ci ilə kimi Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışır. 1956-cı ilə kimi isə Radio Komitəsinin xaricə yayım redaksiyasının baş redaktoru işləyir.
1956-1959-cu illərdə Məmmədov SSRİ-nin Vaşinqtondakı məsləhətçi-səfiri, “SSRİ” jurnalının baş redaktoru vəzifəsində çalışır.
1959-1960-cı illərdə “Sovinformbüro” sədrinin birinci müavini, 1961-ci ildə Siyasi Xəbərlər Agentliyinin sədr müavini, 1962-ci ildən 1985-ci ilə kimi SSRİ Dövlət Televiziya və Radio Komitəsinin sədr müavini işləyir.
Ənvər Məmmədov ingilis, alman, italyan və fransız dillərini mükəmməl bilirdi.