“Diddy” ləqəbli məşhur amerikalı reper, aktyor, prodüser Sean Combs təcavüzdə ittiham olunaraq saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə Nyu York Cənub Bölgə Prokurorluğu məlumat yayıb.
Reperin vəkili onun günahsız olduğunu əsas gətirərək, həqiqətin tezliklə üzə çıxacağını bildirib.
Qeyd edək ki, Combsun keçmiş sevgilisi, müğənni Cassie Ventura 2023-cü ilin noyabrında reperi məhkəməyə verərək, ona qarşı cinsi təcavüz ittihamını qaldırıb. Venturanın Combsu məhkəməyə verməsindən sonra isə bir çoxları amerikalı reperə qarşı bənzər ittihamlar irəli sürüb. CNN televiziyası bu ilin mayında amerikalı reperin keçmiş sevgilisinə fiziki şiddət tətbiq etdiyini əks etdirən video yayımlayıb. Reper bundan sonra etdiklərinə görə üzr istəyib.