İranın Məşhəd şəhərində Səudiyyə Ərəbistanı konsulluğu fəaliyyətə başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Konsulluq şəhərin şimal-şərqində yerləşən otellərdən birində açılıb.
Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanı martın 10-da Çinin köməyi ilə 7 illik əlaqələrin kəsilməsindən sonra münasibətləri bərpa etmək barədə razılığa gəliblər.