Məşğulluq tədbirlərinə cəlb edilən qazi və şəhid ailəsi üzvlərinin sayı açıqlanıb

Xəbər - Ceyhun Ələkbərov – Trend:

2021-ci ilin ilk rübündə 2,1 minədək şəhid ailəsi üzvü, 3,3 minədək qazi və yaxını məşğulluq tədbirlərinə cəlb edilib.

AzerTimes-a verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin 2021-ci ilin ilk rübündə gördüyü işlərə dair kollegiya iclasında bildirib.

Bu istiqamətdə səylərin daim artırıldığını qeyd edən nazir, eyni zamanda şəhidlərimizin ailə üzvlərinin, qazilərin və yaxınlarının məşğulluq məslələrinin həlli yönündə işəgötürənlərlə də fəal əməkdaşlıq edildiyini deyib.

S.Babayev bildirib ki, “DOST” mərkəzlərində bu ilin ilk rübündə 95 minədək, ümumən indiyədək 368 mindən çox müraciət üzrə vətəndaşlara xidmət göstərilib, onlardan 38 minə qədəri elektron formada təqdim edilən xidmətlər olub. Bu ilin birinci rübündə 142 Çağrı mərkəzinə 135 minə yaxın zəng daxil olub.

Daha bir DOST mərkəzinin açılışı üçün hazırlıq işlərinin yekunlaşmaqda olduğunu bildirən nazir ölkənin “DOST” mərkəzləri şəbəkəsi ilə əhatə olunmasına dair yeni regional inkişaf proqramı üzrə işlərin davam etdiyini vurğulayıb.

İclasda Nazirliyin fəaliyyət sahələrində 2021-ci ilin ilk rübündə görülmüş işlər barədə hesabatlar təqdim edilib, bu sahələr üzrə görülmüş işlərin nəticələri və cari ildə görüləcək işlər müzakirə olunub.

Twitter: @JeyhunAlakbar

Teqlər: