Dövlət Məşğulluq Agentliyində “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərlə növbəti görüş keçirilib. Görüşdə Marsol MMC, Azestetik Group, Okuklu Holding, Vibrostone MMC, Vəlioğlu-2018 MMC, Şəms-Tərcümə Mərkəzi, Moon Group və Texno Gallery şirkətlərinin rəhbər şəxsləri iştirak edib.
Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli şəhid ailəsi üzvlərinin və qazilərin işlə təminatı məqsədilə həyata keçirilən “Məşğulluq marafonu”na dəstək verdikləri üçün şirkət rəhbərlərinə təşəkkür edib və bu kampaniyanın həmin kateqoriyadan olan şəxslərin məşğulluq məsələlərinin həlli üçün əhəmiyyətini qeyd edib.
Görüşdə eyni zamanda, əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində əməkdaşlıq məsələləri müzakirə edilib, Agentliyin fəaliyyət istiqamətləri və layihələri barədə məluat verilib.
İşəgötürənlər Agentliyin həyata keçirdiyi digər layihələr çərçivəsində də əməkdaşlığa hazır olduqlarını bildiriblər.