“Məşğulluq marafonu”na artıq 600-ə yaxın vakansiya təqdim edilib

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başladılan “Məşğulluq marafonu”na Bakı və ölkəmizin bölgələri üzrə artıq 163 işəgötürən qoşulub.

​​​Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, həmin işəgötürənlərin 89-u xidmət, 54-ü emal, 16-sı kənd təsərrüfatı, 4-ü tikinti sahələri üzrə fəaliyyət göstərir. Onlar tərəfindən elektron sistemə 587 vakansiya təqdim edilib.

Təqdim edilən vakansiyalar üzrə şəhid ailələrinin üzvlərinə, müharibədə yaralanmış qazilərimizə iş yerləri ilə təmin olunmaları üçün göndəriş verilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.

Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!


Teqlər: