Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na bu günədək 563 işəgötürən qoşulub. Onlardan 293-ü dövlət, 270-i özəl müəssisələrdir.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış qazilərimizin məşğulluğuna dəstək məqsədi daşıyan marafona təqdim edilən vakansiya sayı 3144-ə çatıb.
Həmin vakansiyalar üzrə verilən göndərişlər əsasında artıq 965 nəfər (155 şəhid ailəsi üzvü və 810 qazi) işlə təmin olunub.
Hazırda da bu kateqoriyalardan olan vətəndaşlara vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.
“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları
https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.
“Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!”