“Məşğulluq marafonu” üzrə 1894 şəhid ailəsi üzvü və qazi işlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin
iyun ayında başladılan “Məşğulluq marafonu”na ötən dövrdə 623
işəgötürən qoşularaq 4320 vakansiya təqdim edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən
Trend
-ə verilən məlumata görə,Vətən müharibəsi şəhidlərinin
ailə üzvlərinin və müharibədə yaralanmış hərbi qulluqçuların
məşğulluğuna mühüm dəstək olan marafon çərçivəsində həmin
kateqoriyalardan olan 1894 nəfər işlə təmin olunub.

“Məşğulluq marafonu”nda iştirak etmək istəyən işəgötürənlər
vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi
üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə
özləri haqqında məlumatları dma.gov.az/layiheler/mesgulluq-marafonu
linkinə daxil olmaqla qeyd edə bilərlər.

Teqlər: