Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin
iyun ayında başladılan “Məşğulluq marafonu” üzrə işlə təmin olunan
şəhid ailəsi üzvləri və qazilərin sayı 1744-ə çatıb.
Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və
müharibədə yaralanmış hərbi qulluqçuların məşğulluğuna mühüm dəstək
olan marafona bu günədək 618 işəgötürən qoşularaq 4203 vakansiya
təqdim edib.
Marafon “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!”
devizi altında keçirilir.
“Məşğulluq marafonu”nda iştirak etmək istəyən işəgötürənlər
vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi
üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə
özləri haqqında məlumatları
https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil
olmaqla qeyd edə bilərlər.