Xəbər - Samir Əli – Trend:
“Məşğulluq marafonu” çərçivəsində 7400-dən artıq şəxsin məşğulluğunu təmin etməyə nail olunub.
AzerTimes-ın məlumatına görə, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli marafonda fəal iştirak edən və daha çox sayda vakansiya təqdim edən işəgötürənlərə təşəkkürnamələrin verilməsi mərasimində deyib.
O bildirib ki, postmüharibə dövrü də müharibə dövrü qədər çətindir: “Qələbədən sonra sosial siyasətlə bağlı böyük tədbirlər planı təsdiq olunub. Bu tədbirlər planı çərçivəsində 7400-dən artıq şəxsin məşğulluğunu təmin etməyə nail olmuşuq. 5420 şəxs özünüməşğulluq proqramına cəlb olunub. 2250 şəxs isə münasib işlə təmin olunub. Marafona 570 işəgötürən qoşulub. 3314 vakansiya təqdim edib. Onlardan 299-u dövlət, 271-i özəl müəssisələrdir. “Məşğulluq marafonu” çərçivəsində 1036 nəfər işlə təmin olunub. Onlardan 162 şəhid ailə üzvü, 874-ü isə qazidir”.
Onun sözlərinə görə, özəl tərəfdaşların dövlətin yanında olması sosial məsuliyyəti ilə həssas kateqoriyaların yanında olması xüsusi əhəmiyyət kəsb edir.