“Məşğulluq marafonu” çərçivəsində 1000-ə yaxın şəxsin məşğulluğu təmin olunub

Xəbər - Humay Ağacanova – Trend:

“Məşğulluq marafonu” çərçivəsində 1000-ə yaxın şəxsin məşğulluğu təmin olunub.

AzerTimes-ın məlumatına görə, bunu “Sosial saat” adlı proqramda çıxışı zamanı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, postmüharibə dövründə qurumun həyata keçirdiyi işlər 12 316 şəhid ailəsi üzvü və müharibə qazisini əhatə edib:

“Onlardan 5 313 nəfəri özünüməşğulluq proqramına cəlb edilib, 2 019 nəfərin işlə təmin edilməsi həyata keçirilib. Onlardan 530-u ictimai işlərə cəlb olunub. 42 müharibə əlili kvota ilə iş yeri yaradılması və təmin edilməsi proqramı çərçivəsində məşğulluqla təmin edilib.

Sosial tərəfdaşların dəstəyi ilə 100-ə yaxın şəxs öz məşğulluğunu təmin edə bilib. “

Teqlər: