“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində “Təlimçilər üçün təlim” proqramına başlanılıb (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının
birgə həyata keçirdiyi “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində və
Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Öz biznesinə başla və
təkmilləşdir” proqramının yenilənmiş nəşri əsasında “Təlimçilər
üçün təlim” proqramına başlanılıb.

Xüsusilə regionlarda potensial sahibkarlar üçün “Öz biznesinə
başla və təkmilləşdir” kurslarının müvəffəqiyyətlə həyata
keçirilməsinə nail olmaq məqsədilə Bakı və Gəncə şəhərlərində
ümumilikdə 4 təlimin keçirilməsi nəzərdə tutulur.


Təlim paketindən əlavə olaraq iştirakçılara psixo-motivasiya,
maliyyə savadlılığı, yaşıl biznes, biznesin qeydiyyata alınması və
vergitutma, maya dəyərinin müəyyən edilməsi kimi mövzularla bağlı
təlimlər də keçiriləcək.

Layihə çərçivəsində 100-dən çox yeni təlimçinin hazırlanması
nəzərdə tutulub. Təlimin sonunda iştirakçılara BƏT-in iştirakçı
sertifikatı veriləcək.

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində həssas kateqoriyalardan
olan 22 min işsiz şəxsin özünüməşğulluq proqramına cəlb edilməsi
nəzərdə tutulur.

Teqlər: