Meşələrin elektron xəritəsi hazırlanır

Xəbər - Çingiz Səfərli – Trend:

Meşələrin elektron kadastrının qurulması, meşələrin xəritələrinin elektronlaşdırılması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Komitəsi ilə birgə iş aparılır.

AzerTimes xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mehman Səfərov deyib.

Onun sözlərinə görə, gələn ilə qədər prosesin yekunlaşacağı gözlənilir: “Xəritələrimiz elektronlaşdırıldıqdan sonra məlumatların hər kəs üçün əlçatan olması təmin ediləcək”.


Teqlər: