Beynəlxalq Meşələr Günü ilə bağlı bu gün meşə fondu torpaqlarında 42 mindən artıq ağac əkilib.
Bu barədə AzerTimes-a Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov məlumat verib.
O bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları hər bölgənin torpaq-iqlim şəraitinə uyğun 42 730 ədəd müxtəlif cinsli ağac tingi əkib: “Əkilən ağaclar mərkəzlərin tinglik sahələrində yetişdirilib”.
Qeyd edək ki, BMT Baş Assambleyası tərəfindən meşələrin qorunması və artırılmasının vacibliyinə diqqət çəkmək üçün hər il mart ayının 21-i Beynəlxalq Meşələr Günü kimi qeyd olunur.