Polşalı fermerlər tərəfindən Polşa-Ukrayna sərhəd-keçid məntəqələrinin bağlanılması ilə yaranan vəziyyət rasional həllini tapmalıdır.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Bizim kənd təsərrüfatı məhsullarının cəmi 5 faizi Polşa sərhədindən keçir. Ona görə məsələ taxılda deyil, siyasətdədir. Rusiya ilə sərhəddə, Kupyanskda artilleriya “yağışı” fonunda Polşa sərhədində olan sadəcə istehzalı görünür”, – deyə dövlət başçısı bildirib.