Son zaman ölkədə vəsaitlərinin çatışmazlığı ilə bağlı məsələ qaldırılıb. Bu məsələni hökumət dərhal nəzarətə götürüb. Hazırda həyati əhəmiyyəti daşıyan dərmanlarla bağlı problem müşahidə olunmur”.
AzerTimes xəbər verir ki, bunu baş nazir Əli Əsədov parlamentdə çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, hər bir şəxs zəruri olan dərmanları öz şəxsi istifadə üçün ölkəyə gətirə bilər:
“Bunun miqdarın müəyyən edilməsi üçün Gömrük Komitəsinə, Səhiyyə Nazirliyinə və digər müvafiq qurumlara tapşırıqlar verilib. Milli Məclisin Səhiyyə komitəsini də bu istiqamətdə öz təkliflərini vermnəyə dəvət edirik”.
Ə.Əsədov qeyd edib ki, Rusiya, Ukrayna və Belarusdan idxal olunan dərmanlar da qiymət artımı var:
“Dərman vasitələrində qiymət artımı ilə bağlı narahatlıq ifadə olunur. Son dövrlər müşahidə olunan regional və geosiyasi gərginlik, Ukrayna-Rusiya münaqişəsi, bununla bağlı sanksiyaların tətbiqi, istehsal zəncirində qırılma, logistikanın kəsilməsi inflyasiyaya və ərzaq qıtlığına səbəb olub. Prezidentin dediyi kimi qlobal vəziyyətin necə olacağını öncədən proqnoz etmək çətindir. Amma aydındır ki, bu, fevraldan əvvəlki kimi olmayacaq”.
Baş nazir əlavə edib ki, qlobal iqtisadiyyata inteqrasiya edən Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir:
“İdxal malların qiymətində artım qeydə alınıb. İnflyasiya ərzaqın bahalaşması sayəsini olub. Azərbaycan dərman vəsaitlərinin 95 faizini idxal edir. Bunun böyük hissəsi Türkiyə, Almaniya, Rusiya, Ukrayna, Böyük Britaniyanın poayına düşür. Dərman qiymətlərinin tənzimlənməsi Taarif Şurası tərəfindən həyata keçirilir. Şura tərəfindəın son qiymət artımı 276 dərman adına tətbiq edilib, bu da ümumi dərmanların cəmi 2 faizidir. Bu dərmanlar əsasən Rusiya, Ukrayna, Belarusdan idxal olunur”.