Yunanıstanda iki güclü meşə yanğını başlayıb.
AzerTimes xəbər verir ki, yanğın ölkənin şimal-şərqində, Evros bölgəsindəki Dadia-Lefkimi-Suflion Milli Parkı və Egey dənizindəki Midilli adasında davam edir.
Ərazidəki turistlər və yerli sakinlər evakuasiya edilir.
Yanğınla əlaqədar ölkənin Baş naziri Kiriakos Miçotakis İqlim Böhranı və Mülki Müdafiə Nazirliyinin əməliyyatlar və böhranların idarə edilməsi üzrə vahid koordinasiya mərkəzinə gəlib.