Xəbər - Çingiz Səfərli – Trend:
Aqrobağların salınması ilə bağlı meşə sahələrinin icarəyə verilməsinə dair müqavilələri qarşı tərəfin razılığı olmadığı üçün ictimailəşdirə bilmirik.
AzerTimes xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O bildirib ki, əgər qarşı tərəfin razılığı olsa, bu müqavilələri ictimaiyyətə təqdim edə bilərlər: “Aqrobağların salınması üçün verilən meşə sahələrinin xəritələrinin təqdim olunmaması ilə bağlı da iradlar səslənir. Hər hansısa qeyri-dəqiq bir məlumatın verilməsindənsə, ümumiyyətlə verilməməsi daha doğru olar. Bizim əlimizdə dəqiqləşmiş meşə xəritələri yoxdur. Sonuncu dəfə belə xəritələr 2004-cü ildə kağız formatında hazırlanıb. Təəssüf ki, bu məsələdə gecikirik. Amma xəritələşmə layihəsi çox böyük maliyyə tələb edir. Bizim büdcədənkənar formalaşan fondlarımızdan ayrılan vəsait hesabına bunu həyata keçirəcəyik. Bu məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunub”.