Məscidül-Əqsaya giriş limitləndi

Məscidül-Əqsaya giriş limitləndi

İsrail Ramazan ayı boyunca 30 yaşından aşağı olan müsəlmanların “Məscidül-Əqsa”ya girişinə qadağa qoyub.

Sadəcə cümə günləri 30 və 40 yaş arasındakı fələstinli kişilərin məscidə girişinə icazə veriləcək. Qədr gecəsində isə istisna olaraq 40 yaşdan yuxarı qadın və kişilər də ibadət edə biləcək.

İsrailin qadağaları bununla bitməyib. Belə ki, Qəzza bölgəsinə də qadağalar tətbiq edən ölkə orada cümə günləri 55 yaşdan yuxarı yalnız 100 kişinin məscidə giriş etməsinə icazə verib. Bununla yanaşı Ben Qorion hava limanından “Məscidül-Əqsa”ya sadəcə 500 səfərin gerçəkləşdirilə biləcəyi də söylənilib.

İsrailin bu addımı ölkədə narazılıqla qarşılanıb.

Qeyd edək ki, “Məscidül-Əqsa” Qüds şəhərinin ən böyük məscidlərindən biridir.